Koronavirus Paşinyanı çıxılmaz vəziyyətə salıb
03 İyn 2020 15:16
220

Koronavirus Paşinyanı çıxılmaz vəziyyətə salıb

Ermənistan koronavirus pandemiyasına qarşı mübarizədə uğur qazana bilmir. 

Yenisabah.az xəbər verir ki, artıq Ermənistanda müxalifyönlü siyasətçilər, həmçinin müstəqil ekspertlər də bu faktı qabartmağa başlayıblar. Baş naziri Nikol Paşinyan və ailəsinin koronavirusa yoluxması da uğursuz mübarizənin nəticəsi kimi dəyərləndirilir. Digər tərəfdən, Paşinyan bildirib ki, ölkə əhalisi adambaşı yoluxmaya görə İtaliyanın acı təcrübəsini ötüb. Bu artıq İrəvanın virus qarşısında aciz duruma düşməsinin rəsmi etirafı sayıla bilər.

Ekspertlər hesab edir ki, ciddi sosial-iqtisadi böhran yaşayan Ermənistanın koronavirus bəlasına qarşı effektiv mübarizə apara bilməməsi ölkədə siyasi qarşıdurmanı daha kəskinləşdirə bilər. Bildirək ki, Paşinyanın Dağlıq Qarabağla bağlı bəyanatlarına baxmayaraq onun reytinqi sürətlə düşməyə başlayıb. Baş nazirin rəqibləri isə bundan yararlanaraq onun barəsində müxtəlif məzmunlu sesasion açıqlamalar səsləndirməklə Paşinyanı daha da çətin vəziyyətə salıblar. Hətta bəzi iddialara görə, bir neçə aydan sonra Baş nazir istefa vermək məcburiyyətində qala bilər. Doğrudur, Paşinyan bu tezliklə hakimiyyətdən getməkdən niyyətində deyil. Amma bunun üçün verilən vədlər yerinə yetirlməlidir. Paşinyan isə nəinki vədləri yerinə yetirib, əksinə yürütdüyü siyasətlə Ermənistanı daha da çətin duruma salıb.

 

Oxşar xəbərlər