Koronavirus “Starbucks“ı da “vurdu“ - Şirkətin gəliri kəskin azaldı
30 Okt 2020 12:02
196

Koronavirus “Starbucks“ı da “vurdu“ - Şirkətin gəliri kəskin azaldı

Dünyanın ən böyük qəhvəxana şəbəkələrindən sayılan "Starbucks"ın illik gəliri azalıb.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, şirkətin 2019-2020-ci il gəliri 3,8 dəfə azalaraq 928,3 mln. dollar təşkil edib.

 Maliyyə ili ərzində "Starbucks" 1404 yeni qəhvəxana açıb.

Qeyd edək ki, 2020-ci ildə şirkət dünyada 2 minə yaxın qəhvəxana açmağı planlaşdırır.

Xatırladaq ki, 1971-ci ildə Sietl şəhərində (ABŞ) təsis olunan "Starbucks" dünya üzrə 32 mindən çox qəhvəxanadan ibarət şəbəkəni idarə edir. 2015-ci ildə Azərbaycanda ilk mağazasını açılıb. Hal-hazırda ölkəmizdə 4 mağazası var.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər