Son günlər yoluxma sayı kəskin artıb. Yoluxma sayının artması virus testi verənlərin sayının artması ilə müşahidə olunur.
Lakin Covid testlərinin cavabı gec çıxdığı üçün müəyyən şikayətlər var.
Testlərin cavabının gecikməsinə səbəb nədir? Sezar pizza
TƏBİB-dən Yenisabah.az-a verilən açıqlamada bildirilib ki, bu istiqamətdə görülən işlər sürətləndirilib:
“Ölkədə Covid-19 virusunun “Omikron” variantının aşkarlanması ilə əlaqədar dövlət tibb müəssisələrinə müraciətlərin sayı kütkəvi artıb.
Bu da mövcud labaratoriyaların iş yükünün artmasına səbəb olub. Ümumilikdə götürülən testlərin nəticəsinin daha tez açıqlanması və prosesin sürətləndirilməsi məqsədi ilə mütəmadi addımlar atılır. Bundan sonra da bu istiqamətdə proses davam edəcək.
Mehri QURBAN
Telegram kanalımız