Koronavirus xəstələri qaydaları pozdu - Polis araşdırmalara başladı

saytların hazırlanması

Evə çatdırılma

Koronavirus xəstələri qaydaları pozdu - Polis araşdırmalara başladı

Sosial

07 Dekabr 2021 09:30 508


Cəlilabad və Lənkəranda ictimai yerlərdə koronavirus xəstələri aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Cəlilabad rayon sakini Ş.Muradova və İ.Babayevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin olunub və onlara tətbiq edilən qaydalara riayət etmələri, yaşayış yerlərini tərk etməmələri tapşırılıb. Lakin Cəlilabad Rayon Polis Şöbəsinin Göytəpə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə həmin şəxslərin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerlərini tərk etdikləri müəyyən edilib və onlar tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvanlara qaytarılıblar.

Lənkəranda isə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilmiş A.Axundzadənin yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə həmin şəxs ictimai yerdə aşkarlanıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb. pizza

Faktlarla bağlı araşdırmalar aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!