Koronavirusa qarşı ömürlük immunitet yaradan peyvənd hazırlanır

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusa qarşı ömürlük immunitet yaradan peyvənd hazırlanır

Sosial

01 Yanvar 2022 16:08 834


Tokio Tibb Elmləri İnstitutunun bir qrup alimi insan orqanizmini bütün həyatı boyu koronavirusdan qorumağa qadir peyvənd hazırlayır.

Yenisabah.az “The Japan Times” nəşrinə istinadla xəbər verir ki, yeni peyvəndin klinki sınaqları 2023-cü ildə başlaya bilər.

Professor Mtinori Koxarunun başçılıq etdiyi mütəxəssislər yeni peyvəndin əsası kimi, 18-ci əsrdə britaniyalı həkim Edvard Cenner tərəfindən hazırlanmış, çiçək xəstəliyinə qarşı istifadə olunan peyvəndi götürüblər. pizza mizza

Yapon alimlərinin ideyası tərkibində COVİD-19 yaradan SARS-CoV-2 virusunun birləşmiş zülalın olduğu çiçək-peyvəndini əldə etməkdir. Onların fikrincə, bu cür yanaşma koronavirusdan ömürlük hüceyrə immunitetinin ortaya çıxmasına səbəb olacaq.

“Adenovirus və RNK peyvəndi kimi müxtəlif texnologiyalar üzərində işləmişəm. Amma hazırda çiçək peyvəndi virusundan istifadə etməklə peyvəndin yeni versiyası digərlərindən daha güclüdür”, - deyə professor əlavə edib.(Reyting.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!