Tanınmış müğənni Aleyna Tilkinin heykəli də karantinə alınıb.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddət əvvəl koronavirusa yoluxduğunu açıqlayan müğənni ikinci dəfə test verdikdən sonar nəticəsinin mənfi çıxdığını bildirmişdi.
Müğnninin virusa yoluxma xəbərinə Türkiyədə fəaliyət göstərən "Madam Tussauds" muzeyi reaksiya verib. Belə ki, muzey işçiləri Aleynanın heykəlinə maska taxaraq ziyarətçiləri virusa yoluxmaqdan qoruduqlarını açıqlayıblar: pizza mizza
"İstanbulun "Madame Tussauds" muzeyinin heyəti adından Aleyna Tilkiyə şəfa diləyirik. Biz muzeyi ziyarət edənlərin təhlükəsizilyi baxımından onun maketini karantinə aldıq. Bilirik muzeyə gələnlər onunla şəkil çəkdirmək istəyir. Hazırda isə bu bir az çətindir. Lakin bu Aleynanın heykəli də olsa, sosial məsafə qaydalarına riayət etmək lazımdır".
Telegram kanalımız