Koronavirusa yoluxanların sayı 21 milyonu ötdü
14 Avq 2020 10:10
139

Koronavirusa yoluxanların sayı 21 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı 21 milyonu keçib.

Yenisabah.az xəbər verir ki, bugünədək  21 072 125 nəfərə COVID-19 diaqnozu qoyulub.

Bildirək ki, yoluxanların ən çox yayıldığı ABŞ-da  5 415 666 nəfərdə koronavirus simptomları aşkarlanıb. ABŞ-dan sonra isə Braziliya, Hindistan və Rusiya ön sırada dayanır.

Qeyd edək ki, virus daşıyıcılarından 13 924 364 nəfər sağalıb. Hazırda 6 449 46 nəfər aktiv virus daşıyıcısı var.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər