Koronavirusla bağlı sərt qapanma olmayacaq - Səhiyyə Nazirliyi

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusla bağlı sərt qapanma olmayacaq - Səhiyyə Nazirliyi

Sosial

13 Sentyabr 2022 15:47 1054


Əvvəllər stasionarın izafi yüklənməsi baş verdiyindən dövlət müəyyən qapanmalara getməyə məcbur olurdu. İndi isə yüksək yoluxma halları olanda belə yüngül xəstələrin sayının çox, stasionar yatışların sayının az olması səbəbindən izafi yüklənmə qeydə alınmır.

Yenisabah.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

T.Eyvazov qeyd edib ki, belə olan halda sərt qapanmalara getməyə ehtiyac olmur: pizza hut

"Odur ki, verilən qərarlar ancaq tövsiyə xarakterlidir, yəni maskanın taxılması, məsafə saxlanılması ilə bağlıdır. Düşünürəm ki, belə də davam edəcək. Ehtimal olunur ki, izafi yüklənmə olmayacaq".

T.Eyvazovun sözlərinə görə, dünyada hazırda COVID-19-un “Omicron” ştamının bir-birindən müəyyən qədər fərqlənən alt tipləri üstünlük təşkil edir və yayılır. Yeni bir ştamın əmələ gəlməsi isə nəzəri olaraq mümkündür.

“Qonşu ölkələrə nəzər salsaq, görərik ki, onlarda artımlar bizdən əvvəl başlayıb və yoluxanların sayı kifayət qədər çoxdur. Azərbaycanda COVID-19-la əlaqədar epidemioloji vəziyyət nisbətən stabil və nəzarətolunandır.

Pandemiya təcrübəsi bizə pandemiya davranışını öyrədib. Bilirik ki, alovlanmalar vaxtı nələrə riayət etməliyik, özümüzü necə gözləməliyik. Bir qədər diqqətli olmaq lazımdır. Etinasızlığın ağır nəticələrə gətirib çıxardığına bir neçə dəfə şahid olmuşuq”, - deyə T.Eyvzaov bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!