“Koronavirusla zarafat etməyin, özünüzü qoruyun!”  – Xalq artisti
17 Mart 2020 14:14
279

“Koronavirusla zarafat etməyin, özünüzü qoruyun!” – Xalq artisti

Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da koronavirusa yoluxan insanlar var. Həm dövlət qurumları, həm də ayrı-ayrı adamlar virusdan qorunmaq üçün bir sıra profilaktik tədbirlər görür, özlərini bu dəhşətli pandemiyadan qorumağa çalışırlar. Koronavirus sənət adamlarının həyat tərzində də dəyişiklik edib. 

Yenisabah.az-a danışan Xalq artisti Gülyaz Məmmədova insanları virusu ciddi qəbul etməyə səsləyib: “Özümü qoruyuram, dövlətin gözəl qanunları var, onlara əməl etməliyik. Əvvəlcədən tədbirin görülməsi yaxşı bir şeydir. Bunu dəstəkləyirəm, həmçinin də özüm də riayət edirəm. Bu məsələni zarafata salmıram, zarafata salınacaq bir şey deyil. Ciddi yanaşmalıyıq. Bütün dünya ayağa qalxıbsa deməli ciddi məsələdir. Düzü, dostlarla, qohumlarla tez-tez bir araya gəlmirik. Düzdü, qorxmuram, amma ehtiyatı əldən vermək olmaz. Qorxası bir şey də yoxdur, onlar öz ailəm, qohumlarımdır. Heç qonaqlıq verən də yoxdur. Elə indi rayona anangili görməyə gedirik”. 

Sənətçi koronavirusa görə marketlərə axın edənlərlə rastlaşmadığını deyib: “Heç rastlaşmamışam marketlərə “hücum” edənlərlə. Bizim məhəllədə elə olmayıb, kimə nə lazımdırsa, düşüb alıb, gəlir. Bizim salon mağaza ilə yanaşıdır, hər dəfə keçəndə görürəm ki, sakitlikdir, hamı gəlir özünə lazım olan bir-iki şeyi alıb çıxıb gedir. Şükür Allaha hər şey var, marketlərdə ərzaq boldur. Qoxmaq lazım deyil, inamlı və möhkəm olmaq lazımdır. Qorunmaqsa mütləqdir. Tək koronavirusdan yox, ümumiyyətlə qorunmaq lazımdır, təmizliyə, gigiyena qaydalarına riayət etmək lazımdır. Bütün dünya ayağa qalxıbsa, biz niyə qorunmayaq? Gərək gəlsin bizi tutsun sonra? Əvvəldən tədbir görmək lazımdır. Bəziləri sosial şəbəkələrdə bunu məsxərəyə qoyur, olmaz belə şeylər”.

Əsmətxanım

 

 

Oxşar xəbərlər