Koronavirusun yeni variantı ilə bağlı qorxuya salan XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusun yeni variantı ilə bağlı qorxuya salan XƏBƏRDARLIQ

Sosial

23 İyun 2021 10:23 1354


Mütəxəssislər İngiltərə və Rusiyanı bürüyən və Türkiyədə də görülən koronavirusun Delta variantı barədə xəbərdarlıq edirlər.

BAKU.WS "CNN International"a istinadən xəbər verir ki, Delta digər variantlardan bir neçə dəfə daha tez yayılır. 

İlk dəfə Hindistanda aşkarlanan koronavirusun yeni variantı (Delta) ABŞ-da bu il COVİD-19-un "canlanmasına" səbəb ola bilər. Mütəxəssislər Delta variantının artıq ölkə miqyasında hər 5 yoluxma halından 1-ni təşkil edə biləcəyini söyləyirlər.  Dominos pizza

Baylor Tibb Kollecinin Milli Tropik Tibb məktəbinin dekanı Dr. Peter Hotez CNN-ə verdiyi açıqlamada, Deltanın ən yoluxucu koronavirus variantı olduğunu söyləyib.

Epidemioloq Castin Lessler yayın sonlarında və ya payızın əvvəllərində yeni dalğanın ola biləcəyini bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!