Körpəsini atanlar necə vicdanı rahat və alnı açıq gəzirdilər?

saytların hazırlanması

Evə çatdırılma

Körpəsini atanlar necə vicdanı rahat və alnı açıq gəzirdilər?

Sosial

31 Dekabr 2022 19:30 730


Uzun illərdir ki, xüsusən də inkişaf etmiş dövlətlərdə insanlar nikahdan kənar övlad dünayaya gətirirlər. Lakin hələ də bu duruma əxlaqsızlıq kimi yanaşan bir çox millətlər və xalqlar var. Xüsusən də Şərq ölkələri bu məsələdə kifayət qədər həssas və mühafizəkardır. Lakin orta əsrlərdə nikahdankənar hamiləlik ən çox inkişaf etmiş qərb dövlətlərində də yolverilməz utanc sayılırmış.

Bu böyük günahı övladlarının üzərindən təmizləmək üçün valideynlər bir sıra yollar düşünürdülər.

Hətta qadın yanlız ana obrazına bürünsə belə, ata və anasından tam dəstək görsə belə ərə getmək şansı sıfıra enirmiş. Odur ki, Allahın evi sayılan kilsələr həm qadınları bu böyük "günah"dan qurtarmaq, həm də doğulacaq körpənin tələf etməmək məqsədilə ağıllı qərar verir. Kilsələrin dəhlizinin divarında kiçik oyuq açırdırdılar, arzuolunmaz körpələr də bu borunun girəcəyinə əmanət edilərdi. Kilsə həmin uşaqların təlim-tərbiyəsi ilə məşğul olmağı öz öhdəsinə götürürdü. Marqarita pizza

Kilsənin himayəsində böyüyən gənclər xəttat, rahib və digər peşələrə yiyələnib ömürlərini dinə həsr edirdilər. Bir müddət sonra kilsələrdə aristokrat təbəqənin maliyyələşdirdiyi varlılar üçün uşaq evləri də yaradılmağa başlandı. Beləcə körpəsini atanlar vicdanı rahat, alnı açıq gəzmək imkanı qazandı. (publika)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!