Tovuzda yeni doğulan körpəyə vurulan sistem onun sağ qolunu iflic edib.
Yenisabah.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, valideynlər həkimləri təqsirləndirir. Onlar iddia edirlər ki, həkimlərin səhlənkarlığı ucbatından körpənin sağ qolu işləmir.
1 ay öncə Tovuz Rayon Mərkəzi Xəstəxanasında dünyaya gələn oğlan uşağında həkimlər sarılıq simptomları olduğunu deyərək onun sağ qoluna sistem vurublar. Bir neçə gün sonra valideynləri körpənin sağ qolunun işlək olmadığını görüblər. Sezar pizza
Tovuz Rayon Mərkəzi Xəstəxanasından ümidini üzən valideynlər körpəni paytaxtdakı xəstəxanaların birinə aparıblar.
Körpənin valideynləri məsələnin araşdırılmasını və həkimlərin cəzalanmasını tələb edir.
Mərkəzi Xəstəxanadan məsələ ilə bağlı açıqlama verilməyib. TƏBİB-dən isə bildirilib ki, məsələ ilə bağlı araşdırılma aparılır. Əgər hər hansı bir nöqsan aşkar edilərsə, müvafiq tədbirlər görüləcək.
Telegram kanalımız