“Həkim niyə şou verilişlərinə çıxmalıdır?!“   - Tanınmış cərrahdan ETİRAZ

saytların hazırlanması

Evə çatdırılma

“Həkim niyə şou verilişlərinə çıxmalıdır?!“ - Tanınmış cərrahdan ETİRAZ

Sosial

10 Fevral 2022 17:44 3274


“İcbari tibbi sığorta işi Azərbaycanda düzgün tətbiq olunmayıb”.

Bunu Yenisabah.az-a açıqlamasında tibb elmləri doktoru, professor, tanınmış cərrah Adil Qeybulla deyib.

Onun sözlərinə görə, İcbari Tibbi Sığortanın yenidən təşkilinə ehtiyac var: pizza sifarişi

“Əslində ixtisaslı kadrlar var. Həkim diplom alıbsa, möhür vurulubsa, onu gözüm çıxdıya salmaq olmaz. Sadəcə onlar bu cür bəhanələrlə problem yaradırlar. İcbari tibbi sığorta işi Azərbaycanda düzgün təşkil olunmayıb. Yenidən təşkilinə ehtiyac var. Buna görə də belə problemlər ortaya çıxır. Bu gün Almaniyanın, İngiltərənin özündə belə həkim çatmır. Amma bu üsul effektiv həyata keçirildiyindən bu problemlə üzləşmirlər”.

Adil Qeybulla qeyd edib ki, ilk olaraq həkimlərin maaş məsələsi həll olunmalıdır:

“Rayonda yaşayan insan hansı maraqla, hansı maaşla orada işləməlidir? Əyalətlərdə kifayət qədər kadr ehtiyatımız var. Amma iş kökündən yanlış təşkil olunub. Təşkilatçılar sadəcə olaraq korporativ maraqlar olduğundan prosesi səhv yönləndirirlər.

Həkimlərin maaşı məsələsi həll olunmadan İcbari Tibbi Sığortadan söhbət gedə bilməz. İşin əsas məsələsi odur ki, həkimlərin maraqları artırılmalıdır. Bu gün şou verilişlərinə nə qədər həkim çıxır. Niyə ora çıxmalıdırlar? Niyə bu cür reklam edilməlidirlər? Bunlar hamısı korporativ maraq deməkdir. Biz bunu aradan qaldırmamış İcbari Tibbi Sığortanı həyata keçirə bilmərik”.

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!