Kürdəmirdə qızılcadan ölən uşaq peyvənd olunmayıb - TƏBİB

saytların hazırlanması

Evə çatdırılma

Kürdəmirdə qızılcadan ölən uşaq peyvənd olunmayıb - TƏBİB

Sosial

23 Noyabr 2023 16:19 570


TƏBİB Kürdəmirdə qızlcadan ölən uşaqla bağlı məlumat yayıb.

Yenisabah.az xəbər verir ki, Qağacılı kənd sakini, 4 yaşlı Rüfət Qəribli oktyabr-noyabr aylarında müxtəlif şikayətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə müraciət edərək müvafiq müayinələrdən keçirilib.

 Noyabrın 11-də yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası diaqnozu ilə o, Yoluxucu xəstəliklər şöbəsinin həkim infeksionistinin qəbulunda olub, müayinələrdən keçib və fəsadlaşma olmadığı üçün simptomatik müalicə təyin edilərək 3 gün sonra təkrar müayinəyə dəvət olunub. Pepperoni pizza

Noyabrın 21-də o, ağırlaşması olmayan qızılca diaqnozu ilə təkrar müraciət edib, həkim məsləhəti alıb. 2 gün sonra xəstəxananın Təcili tibbi yardım şöbəsinə gətirilib və xəstəxanayaqədər ölüm təyin edilib.

Meyit patoloji anatomik təşrihə verilib.

Anamnezində qızılcaya qarşı peyvənd olunmadığı qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!