Kreml İran münaqişəsi ilə bağlı vəziyyəti qeyri-müəyyən hesab edir

saytların hazırlanması

Evə çatdırılma

Kreml İran münaqişəsi ilə bağlı vəziyyəti qeyri-müəyyən hesab edir

Dünya

20 Aprel 2026 14:16 319


Kreml İran münaqişəsinin həlli üçün danışıqlar prosesinin davam etdirilməsinə ümid edir.

"Yeni Sabah" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Vəziyyətin çox kövrək və gözlənilməz olduğunu görürük, amma ümid edirik ki, danışıqlar prosesi davam edəcək və bu, daha da zorakı ssenarinin qarşısını almağa kömək edəcək. Bu, həm regional təhlükəsizlik, həm də qlobal iqtisadiyyat üçün daha çox mənfi nəticələrə səbəb ola bilər", - deyə o vurğulayıb.

"Rusiya hazırda danışıqlar prosesində vasitəçi deyil. Müxtəlif səviyyələrdə dəfələrlə bildirildiyi kimi, şübhəsiz, sülh yolu ilə həll və müvafiq razılaşma əldə etmək üçün lazım olan hər hansı bir yardımı göstərməyə hazırıq", - deyə Peskov əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!