Kreml “Bayraktar” zavoduna zərbə endirməklə təhdid etdi

saytların hazırlanması

Evə çatdırılma

Kreml “Bayraktar” zavoduna zərbə endirməklə təhdid etdi

Dünya

09 Avqust 2022 14:02 1173


Putinin sözçüsü Dmitri Peskov Ukraynada “Bayraktar” pilotsuz uçuş aparatları istehsal edəcək zavodun yaradılacağı ilə bağlı məlumatlara münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, Kreml rəsmisi həmin zavod yaradılacağı halda Ukraynanı ora zərbə endirməklə təhdid edib:

“Əgər Ukraynada “Bayraktar” PUA-larını istehsal edəcək zavod yaradılarsa, demilitarizasiyaya uğradılacaq”. pizza mizza

Qeyd edək ki, ötən gün Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar Ukraynada “Bayraktar” PUA-larını istehsal edən zavodun tikiləcəyini açıqlayıb.

Onun sözlərinə görə, Ukrayna və Türkiyə arasında "Bayraktar" zavodunun tikintisinə dair saziş təsdiqlənib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!