Kristofer Nolanın "Odisseya" filmi nümayişinin ilk həftəsonunda təxminən 264 milyon dollar gəlir əldə edərək rejissorun indiyədək ekranlaşdırdığı filmlər arasında ən uğurlu açılışlardan birinə imza atıb.
Oxu.Az "Variety" nəşrinə istinadən xəbər verir ki, ekran əsəri ABŞ-də 4 minə yaxın kinoteatrda 124.5 milyon dollar, beynəlxalq bazarlarda isə 139.6 milyon dollar gəlir əldə edib. Hesablamalar ümumilikdə 73 ölkə üzrə aparılıb.
Bildirilib ki, "Odisseya" 48 ölkədə Kristofer Nolanın filmləri arasında ilk həftəsonu üzrə ən yüksək kassa gəlirinə sahib olub. Sezar pizza
Film açılış həftəsonunda rejissorun əvvəlki məşhur ekran işləri olan "Qara cəngavər: Əfsanənin dirçəlişi" (249 milyon dollar), "Qara cəngavər" (198 milyon dollar) və "Oppenheymer"i (180 milyon dollar) geridə qoyub.
"Odisseya" Kristofer Nolanın "Universal Pictures" studiyası ilə əməkdaşlığı çərçivəsində ərsəyə gətirilib. Rejissor filmin ssenarisini 2024-cü ilin yazında yazmağa başlayıb.
Ekran əsəri tamamilə IMAX lent kameraları ilə çəkilib.
Filmdə İtaka çarı Odissey obrazını Mett Deymon canlandırır. Aktyor heyətində Tom Holland, Enn Heteuey, Robert Pattinson, Lupita Nyonqo, Zendaya, Şarliz Teron, Elliot Peyc, Con Bernthal və Con Lequizamo da yer alıblar.
Telegram kanalımız