Küçədə yaşamağa məcbur olan 62 yaşlı kişi sığınacağa yerləşdirildi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Küçədə yaşamağa məcbur olan 62 yaşlı kişi sığınacağa yerləşdirildi - Foto

Sosial

06 Noyabr 2021 00:14 960


Bir neçə gün öncə küçədə yaşamağa məcbur olan Ağayev Rüstəm adlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən nəzarətə götürülüb.  

Yenisabah.az xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə paylaşılıb.

Bildirilib ki, 62 yaşlı Ağayev Rüstəm evindən qovulduqdan sonra üç il küçələrdə yaşamağa məcbur olub. Dominos pizza

Məlumat paylaşıldıqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən məsələ nəzarətə götürülüb.

Rüstəm Ağayev sığınacağa yerləşdirildikdən beş gün sonra çəkilən fotolarını təqdim edirik:

/Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!