Külək güclənəcək, bəzi yerlərdə yağış yağacaq - XƏBƏRDARLIQ 

saytların hazırlanması

Evə çatdırılma

Külək güclənəcək, bəzi yerlərdə yağış yağacaq - XƏBƏRDARLIQ 

Sosial

28 Avqust 2023 15:37 4064


Bakıda və Abşeron yarımadasında avqustun 29-u axşamdan 30-u səhərədək şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. Gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. 

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a bildirilib ki, Azərbaycanın rayonlarında avqustun 29-u səhər şimal və qərb rayonlarından başlayaraq 30-u axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal var. 

Şərq küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.  pizza sifarişi

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!