Külək güclənəcək, qar yağacaq, daşqın olacaq -  XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Külək güclənəcək, qar yağacaq, daşqın olacaq - XƏBƏRDARLIQ

Sosial

31 Mart 2023 09:25 8319


Aprelin 1-i günün ikinci yarısınadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürətinin saniyədə 18-23 metr olacağı, arabir 25-30 metrə çatacağı, martın 30-u axşam, 31-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 33-38 metrədək güclənəcəyi gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, martın 31-i gün ərzində havanın fasilələrlə yağıntılı olacağı, yarımadanın bəzi yerlərində arabir intensivləşəcəyi proqnozlaşdırılır. 

Martın 31-i axşam Abşeron yarımadasının əsasən şimalında yağışın qısa müddətə sulu qara keçəcəyi ehtimalı var. Yağıntılı hava şəraiti aprelin 3-ü səhərədək davam edəcək.  Sezar pizza

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10° enəcək. 

Martın 30-da şimal və qərb rayonlarından başlayaraq Azərbaycanın rayonlarında hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, Böyük və Kiçik Qafqazın bəzi ərazilərində yağıntıların intensivləşəcəyi ehtimal edilir. Martın 31-də isə yağıntıların əksər rayonları əhatə edəcəyi, bəzi yerlərdə intensiv olacağı, sulu qar, qar yağacağı ehtimalı var. Aprelin 1-də günün ikinci yarısında yağıntıların intensivliyi azalacaq, axşama doğru isə tədricən kəsiləcək. Bəzi yerlərdə dolu düşəcəyi gözlənilir. 

Qərb küləyi əsəcək, sürəti 15-20 metr/saniyə olacaq, arabir 25-30 metr/saniyəyə çatacaq, martın 30-u axşam, 31-də gecə və səhər bəzi yerlərdə arabir 33-38 metr/saniyəyədək güclənəcək. 

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-10° enəcək. 

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal edilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!