Kür çayında suyun səviyyəsi kritik olaraq qalır

saytların hazırlanması

Evə çatdırılma

Kür çayında suyun səviyyəsi kritik olaraq qalır

Sosial

11 Mart 2023 12:30 677


Martın 11-dən başlayaraq Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsində artım müşahidə olunur.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, 2 gündə çayda suyun səviyyəsi 20 santimetrdən bir qədər artıq qalxıb. Bununla belə, rayonun yaşayış məntəqələrində vəziyyət kritik olaraq qalır.

Yerli sakinlərin sözlərinə görə, Salyan şəhəri ərazisində Kürdə artım müşahidə olunsa da, çayın rayonun Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində 2-3 santimetr azalma müşahidə olunur. pizza mizza

Nasosların sugötürmə qabiliyyəti olmadığından fəaliyyəti dayandırılıb. Fermerlər əkin sahələrini suvara bilmir. Taxıl sahələrinin məhv olmaq təhlükəsi yaranıb.

Mütəxəssislərin fikrincə, vəziyyət belə davam edərsə, ekoloji fəlakət qaçılmaz olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!