Kürdəmirdə avtomobil anidən yandı - Fotolar

Kürdəmirdə avtomobil anidən yandı - Fotolar

Hadisə Veb saytların hazırlanması

03 Dekabr 2023 19:57 711


Kürdəmir rayonunda vətəndaşa məxsus avtomobil anidən yanıb.

Yenisabah.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sürücü Binyamin Niyazi oğlu Əzizzadəyə məxsus “Mercedes-Benz” markalı minik maşınının mühərrik hissəsində anidən yanğın başlayıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğın söndürülüb və digər əraziyə yayılmasının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

 

/Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!