Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) keçmiş yüksək rütbəli zabiti Kaşif Kozinoğlunun 2011-ci ildə Silivri həbsxanasında müəmmalı şəkildə vəfat etməsi ilə bağlı yenidən açılan istintaq işi gözlənilməz məcrada davam edir.
“Yeni Sabah” xəbər verir ki, hadisədən təxminən 15 il sonra Silivri Cümhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan araşdırmalar çərçivəsində Türkiyənin məşhur "Kurtlar Vadisi Pusu" serialının ssenaristləri dindirilməyə çağırılıb.
Prokurorluğun qərarına əsasən, ekran işinin ssenari komandasında yer alan Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysan istintaq çərçivəsində "məlumat sahibi" qismində ifadə verəcəklər. Marqarita pizza
İstintaq orqanlarının diqqətini çəkən məqam serialda təsvir edilən "Kazım Kaşifoğlu" obrazının ölüm ssenarisi ilə Kaşif Kozinoğlunun vəfatı arasındakı qəribə xronoloji və tematik oxşarlıqlardır. Belə ki, 2011-ci il noyabrın 10-da yayımlanan epizodda Kaşifoğlu obrazı ölümlə hədələnib. Cəmi iki gün sonra — noyabrın 12-də isə real həyatda Kaşif Kozinoğlu kamerasında qəfildən vəfat edib. Serialın növbəti bölümlərində obrazın iynə vurularaq öldürülməsi səhnəsi isə Kozinoğlunun ölümündən qısa müddət sonra ekrana gəlib.
Xatırladaq ki, məhkəmə qərarı ilə iş üzrə əvvəlki xitam ləğv olunub, Kozinoğlunun məzarı açılaraq fəthi-kabir prosesi icra edilib və dövrün 11 həbsxana əməkdaşı barəsində ədliyyə tədbirləri görülüb. Hüquq-mühafizə orqanları serialdakı kadrların öncədən planlaşdırılmış bir sui-qəsdin işarəsi, yoxsa sadəcə təsadüfi ssenari kəsişməsi olduğunu aydınlaşdırmağa çalışır.
Nazim Hacıyev
Telegram kanalımız