“Kurtlar Vadisi”nin Çakırı: “Mənim üçün ehsan verirlər”

saytların hazırlanması

Evə çatdırılma

“Kurtlar Vadisi”nin Çakırı: “Mənim üçün ehsan verirlər”

Şou

17 İyul 2026 13:26 55


Oktay Kaynarca illər sonra "Kurtlar Vadisi" serialındakı "Süleyman Çakır" obrazı ilə bağlı maraqlı etiraf edib.

"Yeni Sabah" xəbər verir ki, türkiyəli aktyor "Murat Yeter'le Folk Sohbetleri" proqramında canlandırdığı obrazın bu gün də unudulmadığını bildirib.

Onun sözlərinə görə, ssenariyə əsasən, 2004-cü il aprelin 8-də öldürülən "mafiya babası" sosial şəbəkələrdə həmin tarixdə gündəmə gətirilir, hətta bəzi pərəstişkarları qiyabi cənazə namazı qılır və ehsan verirlər. Pepperoni pizza

Aktyor bununla bağlı zarafatla deyib: "Hər il aprelin 8-i səhər yuxudan oyanıb görürüəm ki, yenə aləm bir-birinə qarışıb. Mən də qoşulub sevənlərinə başsağlığı verirəm. Hər il bu tarixdə ölürəm, ölüb qurtara bilmirəm".

Kaynarca gənclik illərində yük maşını zavodunda işlədiyini bildirib: .

"İşçi geyimini geyinib 6 ay işlədim. Amma zarafatlarım ucbatından konveyerdə iş dayanır, yük maşınları vaxtında çıxmırdı. Axırda "Bunu rədd eləyin" deyib məni işdən çıxardılar. Yaxşı ki, belə oldu. Sonra konservatoriyaya qəbul imtahanı verdim".

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!