“Kürü keçək?! 5”yarışının 79 yaşlı qalibi: “Beşinci dəfədir iştirak edirəm”

saytların hazırlanması

Evə çatdırılma

“Kürü keçək?! 5”yarışının 79 yaşlı qalibi: “Beşinci dəfədir iştirak edirəm”

Sosial

08 Avqust 2026 16:14 116


"Yarış çox gözəl təşkil olunub. Artıq beşinci dəfədir keçirilir və mən də beşinci dəfədir burada iştirak edirəm".

''Yeni Sabah'' xəbər verir ki, bunu "Kürü keçək?! 5" üzgüçülük yarışının ən yaşlı - 79 yaşlı iştirakçısı və 71+ kateqoriyada qalib olan Vaqif Nəsibov deyib.

O bildirib ki, hər dəfə öz yaş qrupunda ən yaşlı iştirakçılardan olur: Dominos pizza

"Hər dəfə elə alınır ki, öz yaş qrupumda ən yaşlı iştirakçılardan biri oluram. Bu yaş kateqoriyasında iştirakçı sayı az olduğuna görə hər dəfə birinci yeri tuturam. Amma arzum budur ki, rəqiblərim də olsun. Vaxtım imkan versəydi, digər məsafədə də iştirak edərdim. Bu, çox gözəl və kütləvi yarışdır. Bir tərəfdən üzgüçülük idman növünün təbliğinə xidmət edir. Açığı, üzgüçülük insanın stresini və gərginliyini aradan qaldıran çox faydalı idman növüdür".

"Bu yarışı təşkil edib həyata keçirdiklərinə görə Üzgüçülük Federasiyasına və Gənclər və İdman Nazirliyinə təşəkkür edirəm. Onu da qeyd etmək istəyirəm ki, ildən-ilə iştirakçıların sayı qat-qat artır. İlk dəfə bu yarış keçiriləndə təxminən 100-200 iştirakçı var idi. İndi isə onların sayı 600 nəfəri keçib. Buna uyğun olaraq məsafələr də artırılıb. Əvvəl yalnız 350 metr məsafə var idisə, indi 1000 metr məsafə də əlavə olunub. Bəlkə də, gələcək illərdə 5 və ya 10 kilometrlik marafon məsafələri də təşkil olunar. Çünki açıq suda üzgüçülük yarışlarında belə məsafələr də mövcuddur", - deyə V.Nəsibov deyib.

Qeyd edək ki, Vaqif Nəsibov Azərbaycanın tanınmış üzgüçülük mütəxəssisidir. O, uzun illər üzgüçülük üzrə milli yığma komandanın baş məşqçisi olub.\Oxu.Az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!