Laçın kanat yolunun inşası bu ilin sonuna qədər tamamlanacaq

saytların hazırlanması

Evə çatdırılma

Laçın kanat yolunun inşası bu ilin sonuna qədər tamamlanacaq

Sosial

23 Aprel 2026 11:36 116


Laçın şəhərində inşa olunan kanat yolunun bu ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Kanat yolunun uzunluğu 1 720 metr, hündürülüyü isə 300 metrdir. Kanat yolu ilə hərəkətin müddəti 6 dəqiqə olacaq.

Bundan başqa, Laçın şəhərindəki kanat yolunun 1 saat üçün sərnişindaşıma qabiliyyətinin 800 nəfər olacağı planlaşdırılır.

Ərazidə yaşıllıqların köçürülməsi, kanat yolunun dayaqlarının və terminal sahələrinin bünövrə işlərinin aparılması, eləcə də zəruri avadanlıqların çatdırılması istiqamətində intensiv işlər həyata keçirilir.

Layihənin həyata keçirilməsi bölgədə turizm infrastrukturunun inkişafına və ziyarətçilər üçün yeni imkanların yaradılmasına töhfə verəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!