“Laçın və Kəlbəcərdə 17 yük maşını mina basdırmışıq“ - Erməni polkovnik

saytların hazırlanması

Evə çatdırılma

“Laçın və Kəlbəcərdə 17 yük maşını mina basdırmışıq“ - Erməni polkovnik

Rəsmi

07 İyun 2021 14:22 1019


Azərbaycanlı jurnalistlər Kəlbəcərdə minaya düşərək həlak olduqdan sonra erməni polkovnik bu məsələ ilə bağlı açıqlama verib. Onun sosial şəbəkələrdə yayılan ikrah doğuran açıqlaması böyük diqqət çəkib.

Yenisabah.az xəbər verir ki, polkovnik Koryun Qumaşyan təkcə Laçın və Kəlbəcərə öz kontingenti ilə birlikdə 17 yük maşını mina basdırdığını deyib.

“Kontingentim və mən Laçın və Kəlbəcər yaxınlığında 17 yük maşını mina basdırmışıq. Siz bu ərazilərdəki minaları çıxara bilməyəcəksiniz. Əsirləri bizə qaytarın, minaların xəritəsini təqdim edim”,-deyə o qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!