Laçın yolunda asfalt örtüyü niyə dağıldı?

Laçın yolunda asfalt örtüyü niyə dağıldı?

Sosial Veb saytların hazırlanması

28 Sentyabr 2023 08:09 2942


Sosial şəbəkələrdə Laçın yolunun müəyyən bir hissəsində asfalt örtüyünün qəzalı vəziyyətə düşməsi ilə  bağlı fotolar paylaşılıb. Fotolardan görünür ki, asfalt örtüyü çatlayaraq, dağılıb. Yolun bu qədər qısa müddətə dağılması qınaq obyektinə çevrilib.  Xatıladaq ki, Laçın yolu 2022-ci ildə çəkilib.

Sitat.info olaraq məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli ilə əlaqə saxlayıb.

A. Nəcəfli Sitat.info-ya açıqlamasında həmin əraziyə AAYDA-nın nəzarət etmədiyini bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!