Laçında avtomobil qəzasında həlak olan hərbçimiz Gəncədə dəfn ediləcək - Foto

saytların hazırlanması

Evə çatdırılma

Laçında avtomobil qəzasında həlak olan hərbçimiz Gəncədə dəfn ediləcək - Foto

Sosial

04 Yanvar 2024 22:31 920


Laçında avtomobil qəzasında həlak olan hərbçilərdən biri, gizir Həsən Ümid oğlu İsmayılov Gəncə şəhərində dəfn ediləcək.

“Report”un məlumatına görə, 28 yaşlı Həsən İsmayılov bir qız, bir oğul atası olub.

Xatırladaq ki, yanvarın 4-ü Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb. Sezar pizza

Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olublar.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!