Laçında cüyür ovlayıb məclis quranlar cəzalandırılacaq   - Video

saytların hazırlanması

Evə çatdırılma

Laçında cüyür ovlayıb məclis quranlar cəzalandırılacaq - Video

Sosial

12 İyul 2021 18:03 2135


Sosial şəbəkədə “Ecofront” adlı səhifədə Laçın rayonunda iki şəxsin cüyür kəsməsi ilə bağlı görüntülər paylaşılıb. Bildirilir ki, Vüqar və Aqil adlı şəxslər cüyür ətindən kabab hazırlayıblar.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə məsələyə münasibət bildirib. O, sözügedən görüntü ilə bağlı təqsirkarların tapılması və barələrində tədbir görülməsi üçün xidmət tərəfindən aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət hazırlandığını açıqlayıb.

Qeyd edək ki, cüyür Azərbaycanın “Qırmızı kitab”ına düşdüyü üçün ovlanmasına icazə verilmir. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!