“Laçında erməni qalmayıb”   - Rusiyalı sülhməramlılar

saytların hazırlanması

Evə çatdırılma

“Laçında erməni qalmayıb” - Rusiyalı sülhməramlılar

Maraqlı

01 Dekabr 2020 14:14 1588


Rusiyalı sülhməramlılar Laçın şəhərini nəzarətə götürüb.

Yenisabah.az xəbər verir ki, sülhməramlı qüvvələr Laçın dəhlizinə daxil olan Laçın rayonunda erməni hərbçilərin və dinc sakinlərin qalmadığını açıqlayıb.

“2020-ci il dekbarın 1-i Laçın rayonu heç bir insidentsiz Azərbaycana təhvil verildi. Sakinlər yerli administrasiya tərəfindən öncədən xəbərdar edilmişdi və şəhəri tezliklə tərk etdi. Hazırda Laçında dinc sakinlər qalmayıb. Üçtərəfli razılaşmaya əsasən, Laçın şəhəri Azərbaycana qaytarılsa da, Laçın dəhlizi nəqliyyat vasitələrinin hərəkətini təmin etmək üçün rusiyalı sülhməramlıların nəzarətində qalacaq” – deyə açıqlamada deyilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!