9 Avqust - 06:24
Laçında həlak olan əsgərin nəşi ailəsinə təhvil verildi

Laçında həlak olan əsgərin nəşi ailəsinə təhvil verildi

Sosial

06 Avqust 2022 07:22 419


Azərbaycan Ordusunun ötən gün Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Əliyev Tahir Çingiz oğlunun nəşi ailəsinə təhvil verilib.

Yenisabah.az xəbər verir ki, o, Ağstafa rayonuna aparılıb.

Bu gün o, rayonun Yenigün kənd qəbristanlığındakı Şəhidlər Xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Səməd oğlu Xudiyev və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Nəticədə əsgər Samir Xudiyev aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Əsgər Tahir Əliyev isə müxtəlif xəsarətlər alıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!