Laçında tele-radio yayımının təşkilinin ilin sonuna yaxın yekunlaşacağı gözlənilir

saytların hazırlanması

Evə çatdırılma

Laçında tele-radio yayımının təşkilinin ilin sonuna yaxın yekunlaşacağı gözlənilir

Sosial

07 İyul 2023 11:51 769


Azad olunmuş ərazilərdə televiziya və radio yayımının həyata keçirilməsi üçün, bildiyiniz kimi, ilk olaraq bu sahədə tam dağıdılmış və ya yararsız hala salınmış infrastruktur yenidən qurulmalıdır.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov bildirib.

Onun sözlərinə görə, Şuşa şəhəri və ətraf ərazilərdə, Xocavənd, Füzuli, Cəbrayıl, Zəngilan rayonlarının ərazilərində ümumölkə TV kanallarının açıq yayımı və habelə, 5-8 ümumölkə yerüstü radio yayımçısının proqramlarının yayımı tam təmin olunub: Dördpendirli pizza

“Laçın, Qubadlı, Kəlbəcər rayonlarının sərt relyefini nəzərə alaraq orada hazırda yayım təşkili ilə bağlı işlər gedir. Bu xüsusda, Laçın şəhərində televiziya və radio yayımın təşkili işini qeyd edərdim ki, bu prosesin ilin sonuna yaxın yekunlaşacağı gözlənilir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!