16 Avqust - 10:38
Laçından çıxmaq istəməyən ermənilər Şuşa-Laçın-Gorus yolunu bağladı

Laçından çıxmaq istəməyən ermənilər Şuşa-Laçın-Gorus yolunu bağladı

Hadisə

05 Avqust 2022 22:28 2315


Laçın şəhərində məskunlaşmış ermənilər məcburi köçürülmə qərarından hiddətlənərək şəhərin mərkəzindən keçən Şuşa-Laçın-Gorus yolunu bağlamağa cəhd ediblər.

Yenisabah.az xəbər verir ki, bu haqda “ArmenianToday” məlumat yayıb.

İnternetdə yayılan videodan məlum olur ki, haylar şəhərin Azərbaycana verilməməsini tələb edərək yolu bağlayıblar. 

“Biz yolu bağlamaq istəyirik, amma polislərimiz buna icazə vermir. Biz rus sülhməramlılarının komandiri ilə danışmaq istəyirik ki, onların niyə bizi türklərin arasında qoyub getdiklərini öyrənək”, - deyə haylardan biri bildirib.

Qeyd edilir ki,  Laçın şəhəri və Zabux kəndində məskunlaşmış ermənilərə avqustun 25-dək evlərini tərk etmələri ilə bağlı xəbərdarlıq edilib. Bundan əvvəl “Armenia Today”ə müsahibəsində Ağavno kəndinin başçısı Andranik Çavuşyan bildirib ki, separatçı erjimin "ərazi idarəetmə və infrastruktur naziri" Hayk Xanumyan kəndə səfər edib və sakinlərə 20 gün ərzində kəndi tərk etmələri barədə xəbərdarlıq edib./Moderator.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!