Aparıcı Lalə Azərtaş Londonda təhsil alan qızları ilə birlikdə çəkdirdiyi yeni fotosunu sosial media hesabında paylaşıb.
“Yeni Sabah” xəbər verir ki, teleaparıcı paylaşımında qızları ilə bağlı arzularını bölüşüb və onlara həyat yollarında uğurlar arzulayıb. O, qızlarının xaricdə təhsil alaraq dünyanı tanımasının, yeni təcrübələr qazanmasının vacibliyini vurğulayıb. Bununla yanaşı, harada yaşamalarından asılı olmayaraq milli kimliklərini və Azərbaycana bağlılıqlarını unutmamalarını tövsiyə edib.
Lalə Azərtaş paylaşımında bunları yazıb: Toyuqlu pizza
“Üçümüz birlikdə çox xoşbəxt, əzmkar və güclüyük. Eyni gündə üç fərqli başlanğıc, üç ayrı yol, amma bir ürək. Qızlarım, yolunuz açıq, addımlarınız uğurlu olsun. Həyat qarşınıza gözəl insanlar, doğru seçimlər və böyük uğurlar çıxarsın.
Dəyişməyən bir tövsiyəm, bir həqiqətimiz var – biz azərbaycanlıyıq. Harada yaşamağınızdan, hansı uğurlara çatmağınızdan asılı olmayaraq, kim olduğunuzu, haradan gəldiyinizi, sizi böyüdən torpağı heç vaxt unutmayın. Dünyanı tanıyın, öyrənin, yüksəlin, amma Azərbaycanı həmişə ürəyinizdə daşıyın. Bol təcrübə toplayıb geri dönüb, Vətənə sadiq vətəndaş kimi xidmət edəcəyik”.
Telegram kanalımız