Mediada Lalə Azərtaşın səhhətinin pisləşdiyi və xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumatlar yer alıb.
Yenisabah.az BAKU.WS-yə istinadla xəbər verir ki, aparıcı ödündən əməliyyat olunmaq üçün xəstəxanaya yerləşdirildiyini deyib:
"Diqqət üçün hər kəsə təşəkkür edirəm, şükürlər olsun, indi səhhətim yaxşıdır. Ödümdə böyük bir daş parçası aşkarlanmışdı. Bu səbəbdən də əməliyyat olunacaqdım. Sadəcə deyirdim ki, sonra əməliyyat olunaram. Zaman keçdikcə səhhətim buna imkan vermədi. pizza sifarişi
Ağrılarım hədsiz dərəcədə çoxaldığı üçün cümə günü efirdən sağollaşdıqdan sonra xəstəxanaya yerləşdirildim. Bazar ertəsi isə efirə çıxa bilmədiyim üçün hər kəs səhhətimlə maraqlanmağa başladı. Xəbərlər yayıldıqdan sonra mənim telefonum susmadı. Qazandığım bir tək məni sevənlərin duası oldu. Hər kəsə təşəkkür edirəm. Həkim Mircəkal Kazımiyə isə xüsusilə təşəkkür edirəm. Ödümdəki daş böyük olduğu üçün açıq əməliyyat keçirdim. Allah heç kimi səhhəti ilə sınamasın. Kimin səhhətində problem varsa, mənim kimi tezliklə şəfa tapsın".
Aparıcı səhhəti ilə bağlı yayılan xəbərlərə görə narahat olduğunu vurğulayıb:
"Mətbuatda səhhətimlə bağlı yayılan xəbərlərə görə narahat oldum. Çünki hazırda ölkə gündəmimiz başqa xəbərlərlə məşğuldur. Belə bir vaxtda istəməzdim, özümlə bağlı məlumatlar yayılsın. Ehtiyac olsa idi, mən bir foto paylaşıb səhhətimlə bağlı açıqlama verərdim. Bu xəbərlərin yayılmaması üçün yaxınlarımdan və dostlarımdan xahiş etdim ki, əməliyyatımla bağlı heç kimə heç nə deməsinlər".
Telegram kanalımız