Əməkdar artist Lalə Məmmədova qadın üçün xoşbəxtliyin əsas şərtinin sevgi deyil, güvən hissi olduğunu deyib.
“Yeni Sabah” xəbər verir ki, müğənni bu barədə “Sevilən səhər” proqramında danışıb. Sənətçinin sözlərinə görə, qadının həyatında ona arxa dura biləcək, çətin anlarda söykənəcəyi bir insanın olması sevgidən də önəmlidir. Bu insan həyat yoldaşı, sevgilisi və ya yaxın dostu ola bilər.
Lalə Məmmədova bildirib ki, bəzən insanlar yanlarında olduqlarını düşündükləri şəxslərə güvənirlər, lakin zaman keçdikcə onların əslində həmin insanlarla eyni yolda olmadıqlarını anlayırlar. Dördpendirli pizza
O vurğulayıb ki, qadına rahatlıq və xoşbəxtlik verən əsas hisslərdən biri özünü güvəndə hiss etməkdir. Bu güvən yalnız həyat yoldaşından və ya sevgilidən deyil, övladlardan da qaynaqlana bilər.
Sənətçi qadını güvəndə olmaq hissi qədər xoşbəxt edən başqa bir duyğu tanımadığını qeyd edib.
Əsmətxanım Rzazadə
Telegram kanalımız