İranda parlamentin keçmiş sədri Əli Laricaninin tezliklə Əli Əkbər Vilayətini əvəz edəcəyi barədə müzakirələr gedir.
Yenisabah.az xəbər verir ki, sosial şəbəkələrdə bir sıra siyasi fəal Ali dini lider Xamnəinin beynəlxalq məsələlər üzrə məsləhətçi vəzifəsini uzun müddət icra etmiş Vilayətinin son günlərini saydığına dair iddialar səsləndirib.
Buna sübut kimi onlar Əli Laricaninin Moskvaya səfərini vurğulayırlar. Eks-spikeri Kremldə Rusiya prezidentinin özü qəbul edib. Toyuqlu pizza
Vladimir Putinlə görüşdə Laricani təkcə Xamnəini deyil, həm də prezident Məsud Pezeşkianı təmsil edib.
İranın keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti son illərdə ağır xəstəlik keçirir. Onun dəyişdiriləcəyinin bir səbəbi də bu ola bilər.
Bəzi siyasi fəallar Əli Laricaninin növbəti prezident ola biləcəyi fərziyyəsini də irəli sürür.
Xatırladaq ki, bundan əvvəl İranın Nəzarətçilər Şurası eks-spikerin prezidentlik yarışına qoşulmasəna bir dəfə maneə yaradıb.
Telegram kanalımız