"Qərb nümayəndələri Kiyevə birbaşa deyirlər ki, Rusiya ilə danışıqlar aparmaq hələ tezdir, münaqişə ilə bağlı danışıqlara güc mövqeyindən başlamaq lazımdır, Rusiyanı 1991-ci il sərhədlərinə qaytarmaq lazımdır".
Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Heç kim qərbli həmkarlarımızdan soruşmur ki, onlar müntəzəm olaraq istər cənab Borrell, sonra NATO-nun baş katibi cənab Stoltenberg vasitəsilə, istərsə də Amerika administrasiyası və ya Avropa İttifaqının nümayəndələri vasitəsilə Ukrayna üçün danışıqlara başlamağın hələ tez olduğunu bəyan edirlər. Bu vəziyyətdə daha çox qalib gəlmək və danışıqlara güc mövqeyindən başlamaq lazımdır. Onlar birbaşa deyirlər ki, Rusiya 1991-ci il sərhədlərinə qaytarılmalıdır”, - deyə nazir vurğulayıb. Sezar pizza
Telegram kanalımız