Lebedev: Əliyevlə Paşinyan arasında səmimi söhbət olub

saytların hazırlanması

Evə çatdırılma

Lebedev: Əliyevlə Paşinyan arasında səmimi söhbət olub

Siyasət

10 Oktyabr 2025 15:48 429


Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev MDB-nin Düşənbədə keçirilən sammiti çərçivəsində sülhə doğru irəliləyişi müzakirə ediblər.

Yenisabah.az xəbər verir ki, bu barədə MDB-nin baş katibi Sergey Lebedev iclasdan sonra jurnalistlərə deyib.

Onun sözlərinə görə, İlham Əliyev və Nikol Paşinyan Düşənbədə keçirilən MDB sammiti çərçivəsində səmimi söhbət ediblər: Dördpendirli pizza

“Yəqin ki, özünüz gördünüz ki, Ermənistanın baş naziri ilə Azərbaycan Зrezidenti arasında çox səmimi söhbət olub və mübahisəli məsələləri deyil, Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin daha da möhkəmləndirilməsi yollarını müzakirə ediblər”.

Lebedev qeyd edib ki, “digər dövlətlərin liderləri arasında da çox səmimi və mənalı söhbətlər – diqqətəlayiq şəkildə, konkret təkliflər və layihələrlə aparılıb”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!