Leysan yağacaq, bəzi çaylardan daşqın və sel keçəcəyi ehtimalı var   - XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Leysan yağacaq, bəzi çaylardan daşqın və sel keçəcəyi ehtimalı var - XƏBƏRDARLIQ

Sosial

15 Oktyabr 2023 17:04 805


Leysan yağacaq, bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən xəbərə görə, Bakıda və Abşeron oktyabrın 16-sı günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. pizza

Oktyabrın 17-də şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.

Oktyabrın 16-da bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Mərkəzi Aran, Naxçıvan MR, Balakən-Şəki) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Şərq küləyi bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!