ABŞ senatoru Lindsi Qremin ölümü ilə bağlı şübhələr müzakirə mövzusudur.
Sərt mövqeyi ilə tanınan siyasətçinin son 48 saatını təhlil edənlər bu nəticəyə gəlib ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra Kiyevdəki dron zavoduna baş çəkən və paytaxt şəhərində yerləşən gizli oteldə qalan QremRusiyanın hücumu nəticəsində öldürülüb.
“Onun ofisindən yayılan məlumata görə, Lindsi Qrem qəfil ürək tutmasından həyatını itirib. Xarici görünüşünə görə kifayət qədər sağlam təsir bağışlayırdı və hər hansı ciddi xəstəliyi ilə bağlı da məlumat yox idi. Buna görə də bu ölüm təəccüb doğurur”. Sezar pizza
Bunu “Yeni Sabah”a politoloq Oqtay Qasımov bildirib.
Onun sözlərinə görə, hazırda səsləndirilən iddiaların heç biri rəsmi şəkildə təsdiqlənməyib və buna görə də ehtimallara ehtiyatla yanaşılmalıdır:
“Senatorun Rusiyanın Kiyevə endirdiyi zərbələr zamanı öldürülməsi versiyası inandırıcı görünmür. Belə bir hadisə baş versəydi, bunun “xoruzun quyruğu” dərhal görünər və rəsmi məlumat verilərdi. Üstəlik, Kiyevdə zərbələr endirilən məkanlar inzibati binalar deyildi. Ona görə də bu versiyanı həqiqət hesab etmirəm”.
Politoloq qeyd edib ki, İranla bağlı səsləndirilən, konkret olaraq qisas məqsədi ilə sui-qəsd iddiaları da hələlik təsdiqini tapmayıb:
“Bir müddət əvvəl Ankara zirvə toplantısında Donald Tramp da bəyan etmişdi ki, İran müəyyən sui-qəsdlər hazırlayır və bu sui-qəsdlərin siyahısının başında özü durur. İrandan bu cür mesajların olması mümkündür. Amma rəsmi sübut olmadığı müddətdə bunlar yalnız ehtimal olaraq qalır.
Lindsi Qrem Trampa yaxınlığı, eyni zamanda Rusiya və İrana qarşı sərt mövqeyi ilə seçilən siyasətçi idi. Onun qəfil ölümü müəyyən suallar yaradır. Araşdırmalar zamanı bütün versiyalar nəzərdən keçirilməlidir”.
Oqtay Qasımov Aleksandr Duqinin senatorun ölümündə “Mossad barmağı” olması iddiasını da inandırıcı hesab etmir:
“Çünki o, İsrailə kifayət qədər yaxın siyasətçi idi. Belə məsələlərdə müxtəlif tərəflər informasiya manipulyasiyasına cəhd edirlər. Düşünürəm ki, Aleksandr Duqinin açıqlaması da daha çox diqqəti başqa istiqamətə yönəltmək məqsədi daşıyır”.
Aytəkin Əzizqızı
Telegram kanalımız