Lisey və gimnaziyalara ərizə qəbulu başa çatdı

saytların hazırlanması

Evə çatdırılma

Lisey və gimnaziyalara ərizə qəbulu başa çatdı

Sosial

06 İyun 2023 17:26 628


Bu gün saat 2023-2024-cü tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara ərizə qəbulu başa çatıb.

Yenisabah.az xəbər verir ki, valideynlər (və ya qanuni nümayəndə) portal üzərindən şəxsi kabinetində “Sorğu yerləşdir” bölməsinə daxil olaraq “Mərkəzi imtahanla qəbul” düyməsini sıxmaqla imtahanın keçiriləcəyi mərkəzi seçiblər. Şagirdlər əvvəlcə mərkəzləşdirilmiş qəbul imtahanında iştirak etməli, sonra isə topladıqları bala uyğun olaraq təhsil almaq istədikləri lisey və ya gimnaziyanın seçimini aparmalıdırlar.

Lisey və gimnaziyalara siniflər üzrə şagird qəbulu aşağıdakı tarixlərdə aparılacaq: pizza mizza

∙ 16 iyun 2023-cü il tarixində VII və VIII siniflərə qəbul (hazırda VI və VII sinifdə təhsil alanlar üçün);

∙ 17 iyun 2023-cü il tarixində VI siniflərə qəbul (hazırda V sinifdə təhsil alanlar üçün);

∙ 18 iyun 2023-cü il tarixində V siniflərə qəbul (hazırda IV sinifdə təhsil alanlar üçün).


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!