Lisey və gimnaziyalara keçirilmiş qəbul imtahanı: Nəticələr elan olundu

saytların hazırlanması

Evə çatdırılma

Lisey və gimnaziyalara keçirilmiş qəbul imtahanı: Nəticələr elan olundu

Sosial

01 İyul 2024 12:32 441


Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara mərkəzləşdirilmiş şəkildə keçirilmiş qəbul imtahanının nəticələri elan edilib.

Yenisabah.az xəbər verir ki, sözügedən imtahanlar iyunun 21, 22 və 23-də təşkil olunub.

Şagirdlər sy.edu.az platforması üzərindən yaradılmış “Şəxsi kabinet”lərinə daxil olaraq imtahan nəticələrini öyrənə bilərlər. Minimum 10 bal nəticə göstərmiş şagirdlər seçim mərhələsində iştirak edərək lisey seçimi etməlidirlər. pizza

Bu mərhələdə şagirdlərə 3 lisey seçimi hüququ verilir. Hər 3 seçimi etmək zəruri deyil.

Seçim mərhələsində iştirak hüququ qazanmış şagirdlər üçün 9 iyul saat 16:00-dək şagirdə uyğun müəssisələr arasından seçim edilməlidir. Seçim etdikdən sonra şagirdlər imtahan balı və qeyd etdikləri ardıcıllıq əsasında mərkəzi sistem tərəfindən müvafiq lisey və ya gimnaziyaya yerləşdiriləcək. Bu müddət bitdikdən sonra seçim etmək və ya seçimlərdə hər hansı dəyişiklik etmək mümkün deyil.

Qeyd edək ki, qəbul imtahanlarının nəticələri ilə bağlı müraciətlər 4 iyul saat 12:00 tarixinədək office@arti.edu.az elektron ünvanı vasitəsilə qəbul edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!