Lisey və gimnaziyalara seçimlərin nəticələri açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Lisey və gimnaziyalara seçimlərin nəticələri açıqlandı

Sosial

20 İyul 2026 12:04 148


2026-2027-ci tədris ili üzrə mərkəzləşdirilmiş qaydada qəbul aparılan lisey və gimnaziyalara seçimlərin nəticələri elan olunub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.

Şagirdlər qəbulun nəticələri ilə sy.edu.az platformasında "İmtahanlar" bölməsinin "Lisey seçimi" alt bölməsindən tanış ola bilərlər. Sezar pizza

Lisey və ya gimnaziyalara qəbul olunan şagirdlərin sənəd qəbulunun avqust ayının ilk yarısında həyata keçirilməsi nəzərdə tutulur. Yerdəyişmə sistemi aktivləşdikdə qəbul olunan şagirdlər üçün elektron sistem üzərindən avtomatik sorğular yaradılacaq. Şagirdlər və valideynlər şəxsi kabinetlərindəki "Sorğularım" bölməsi vasitəsilə həmin sorğuların icra vəziyyətini və mərhələlərini izləyə biləcəklər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!