Livanda “Barbi” filminin nümayişi qadağan olundu

saytların hazırlanması

Evə çatdırılma

Livanda “Barbi” filminin nümayişi qadağan olundu

Dünya

10 Avqust 2023 07:14 1517


“Hizbullah” Partiyasının hökumətdəki təmsilçisi, Livanın mədəniyyət naziri Məhəmməd Mortadu “Barbi” filminin ölkə kinoteatrlarında nümayişinə qadağa qoymaq qərarına gəlib.

Nazir filmin homoseksuallığı təbliğ etdiyini, dini və əxlaqi dəyərlərə zidd olduğunu, ailənin əhəmiyyətini aşağı saldığını bildirib.

Nazir ənənəvi olaraq ölkədə senzuraya cavabdeh Ümumi Təhlükəsizlik Xidmətindən filmin kinoteatrlarda nümayişinin qarşısını almaq üçün lazımi tədbirlər görməyi xahiş edib. Pepperoni pizza

Qeyd edək ki, film daha əvvəl Vyetnamda qadağan edilmişdi.

Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!