Lüks hotellərin adından istifadə edib turistləri aldatdılar -  22 milyonluq dələduzluq
26 Sen 2020 12:47
296

Lüks hotellərin adından istifadə edib turistləri aldatdılar - 22 milyonluq dələduzluq

Türkiyənin Antalya və Muğla şəhərlərində lüks hotellərin adından  veb saytlar açaraq dələduzluq edənlər polis tərəfindən saxlanılıb.

Yenisabah.az xəbər verir ki, onlar bu metodla tətil üçün gələn çoxlu sayda insanın pulunu ələ keçirib.

Antalya Cümhuriyyət Baş Prokurorluğu hadisədə şübhəli bilinən 14 nəfərə qarşı əməliyyat keçirib. Onlardan 12-i həbs edilib, 2 nəfər isə şərti azadlığa buraxılıb.

Məlumata görə, dələduz dəstə bu günədək həmin üsulla 22 milyon lirə qazanc əldə edib.

Lüks hotellərin adından istifadə edib turistləri aldatdılar -  22 milyonluq dələduzluq
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər