Lüksemburq - Azərbaycan görüşünü qadın hakim idarə edəcək

saytların hazırlanması

Evə çatdırılma

Lüksemburq - Azərbaycan görüşünü qadın hakim idarə edəcək

İdman

04 Sentyabr 2024 01:54 570


Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin Avropa çempionatının seçmə mərhələsində Lüksemburqla keçirəcəyi oyuna hakim təyinatları açıqlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytında məlumat verilib.

Məlumata görə, Eş-syur Alzett şəhərindəki "Emil Mayriş" stadionunda oynanılacaq görüşü İsveçrədən olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Dezire Qrundbakerdir. Qadın referiyə Mattias Sbrissa və Giyom Mer kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Anozhen Kanaqasinqam yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma sentyabrın 6-da Bakı vaxtı ilə saat 21:30-da baş tutacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!