“Maaşımı azaltdılar, evimi satmağa məcbur oldum” - Əməkdar artistdən etiraz

saytların hazırlanması

Evə çatdırılma

“Maaşımı azaltdılar, evimi satmağa məcbur oldum” - Əməkdar artistdən etiraz

Şou

08 Avqust 2026 09:20 86


Akyor Elxan Rzayev maaşının azaldılması və kredit borcu ilə bağlı çətinliklərindən danışıb.

“Yeni Sabah” xəbər verir ki, Əməkdar artist vəziyyətini ictimailəşdirərək səsinin eşidilməsini istədiyini bildirib.

Onun sözlərinə görə, maaşına uyğun kredit götürüb, lakin teatrda aparılan yoxlamalardan maaşlar azaldılıb: Marqarita pizza

“Maaşıma uyğun kredit götürmüşdüm. Sonra Maliyyə Nazirliyi teatrımızda bir aydan çox yoxlamalar aparıldı. Həmin yoxlamalardan sonra bildirildi ki, aktyorlar çox maaş alır, buna görə maaşlarımızı azaltdılar. Azalma bütün maliyyə vəziyyətimi alt-üst etdi. Kredit ödənişlərini əvvəlki kimi davam etdirə bilmədim. Bankdan kreditimin restrukturizasiya olunmasını xahiş etdim, amma mənə güzəşt edilmədi. Nəticədə illərlə zəhmətlə qazandığım evi satmağa məcbur oldum ki, bank borcumu ödəyim. İndi evsiz qalmışam. Əgər maaşım azaldılmasaydı və kreditim restrukturizasiya olunsaydı, bu gün bu vəziyyətə düşməzdim.

Yaşadıqlarımı paylaşıram, çünki səsimin eşidilməsini istəyirəm”.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!