Türkiyədə 700 minə yaxın dövlət qulluqçusunun maaşları 45 faiz artırılacaq.
Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciəti zamanı deyib.
Prezident dövlət qulluqçularının maaşlarını 45% artırmaq qərarına gəldiklərini qeyd edib: Dördpendirli pizza
"Söhbət 700 min nəfərdən gedir. Beləliklə, dövlət qulluqçusunun minimum maaşı 15 min lirəyə (760 dollardan çox - red.) yüksələcək".
Həmçinin, qohumları terror aktı nəticəsində və ya orduda tapşırıqların icrası zamanı həlak olanların maaşlarının 10%, gecə növbəsində işləyənlərin isə daha 8% artırılması nəzərdə tutulur.
Prezident iyul ayında da maaş artımının davam edəcəyinə söz verib.
Telegram kanalımız